[b]“Mançester Siti” Qvardiola ilə müqaviləni uzadır[/b]
17.04.2018 - 14:14
[b]“Mançester Siti” Qvardiola ilə müqaviləni uzadır[/b]

“Mançester Siti” baş məşqçisi Pep Qvardiolayla müqavilə yeniləmək niyyətindədi. Apasport.az saytının “The Times”ə istinadən məlumatına görə, “şəhərlilər” katalon çalışdırıcısının sazişini 2019-2020 mövsümünün sonuna qədər uzatmaq istəyirlər.

 

Qvardiolanın müqaviləsi 2019-cu ilin yayında bitir.

 

Qeyd edək ki, komanda onun rəhbərliyi altında 1 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Liqa Kubokunun qalibi olub.

0