24 Fevral 17:15 “Mançester Siti” Qvardiola ilə yeni müqavilə imzalayacaq
FUTBOL xəbərləri 24 Fevral 17:15
225 baxış

“Mançester Siti” Qvardiola ilə yeni müqavilə imzalayacaq

“Mançester Siti” rəhbərliyi komandanın baş məşqçisi Xosep Qvardiola ilə yeni müqavilə imzalayacaq. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında bu barədə razılaşma əldə olunub.

 

Yeni sözləşmənin müddəti 2021-ci ilin iyun ayına qədər olacaq. İspaniyalı çalışdırıcı anlaşmaya qol çəkəndən sonra ildə 20 milyon funt-sterlinq məvacib alacaq.

 

47 yaşlı məşqçinin hazırkı müqaviləsi isə 2019-cu ilin iyun ayında bitəcək.

 

Qeyd edək ki, əvvəllər “Barselona” və “Bavariya”nı da çalışdırmış Qvardiola 2016-cı ildən “Mançester Siti”nin “sükanı arxasındadı”.

Xəbər lenti