25 May 11:30 “Mançester Yunayted” hücumunu gücləndirir
FUTBOL xəbərləri 25 May 11:30
639 baxış

“Mançester Yunayted” hücumunu gücləndirir

“Mançester Yunayted” mövsümlərarası fasilədə təkcə müdafiə və yarımmüdafiəni yox, həm də hücum xəttini gücləndirmək istəyir. Apasport.az-ın italiyalı jurnalist Canluka Di Marçionun saytına istinadən məlumatına görə, “qırmızı şeytanlar”ın əsas transfer hədəfi “Yuventus”da çıxış edən Mario Mandjukiçdi. Xorvatiyalı futbolçu hazırda “Beşiktaş” və “Milan”ın da maraq dairəsindədi.

 

Mandjukiçin transferi baş tutmayacağı təqdirdə “Mançester Yunayted” diqqətini “Vest Hem”in hücumçusu Marko Arnautoviçə yönəldəcək.

 

Qeyd edək ki, “Mançester Yunayted” Aleksa Sandro (“Yuventus”) və Fredi (“Şaxtyor”) heyətinə cəlb etməyə yaxındı.

Xəbər lenti