22 Mart 14:05 “Mançester Yunayted” Varanla danışığa başladı
FUTBOL xəbərləri 22 Mart 14:05
389 baxış

“Mançester Yunayted” Varanla danışığa başladı

“Mançester Yunayted” rəhbərliyi mövsümün sonunda komandanın müdafiə xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytı “The Mirror” nəşrinə istinadən xəbər verir ki, “mankunianlar” “Real”ın futbolçusu Rafael Varana “elçi düşüblər”.

 

Premyer Liqa klubu bu keçidin baş tutması üçün 50 milyon funt-sterlinq xərcləməyə hazırdı. Varanın özü ilə danışıqlara artıq start verilib. Lakin fransalı müdafiəçi qarşı tərəfə hələ konkret cavab verməyib.

 

İngilislər Varandan “hə” cavabı aldıqdan sonra “Real” rəhbərliyi ilə ünsiyyətə başlayacaqlar.

 

Qeyd edək ki, Rafael Varan 2011-ci ildən “kral klubu”nun formasını geyinir.

Xəbər lenti