[b]Medel “Beşiktaş”da [/b]
11.08.2017 - 18:21
[b]Medel “Beşiktaş”da [/b]

“İnter”in yarımmüdafiəçisi Qari Medelin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, çilili futbolçu “Beşiktaş”la müqaviləyə qol çəkmək üçün bu gün İstanbula yollanıb.

 

Tərəflər arasında 3 illik sözləşmə imzalanacaq.

 

30 yaşlı xavbek “Beşiktaş”da ilinə 2 milyon 300 min avro qazanacaq.

 

Qeyd edək ki, karyerası ərzində “Boka Xuniors”, “Sevilya” və “Kardiff” klublarında da çıxış etmiş Medel 2007-ci ildən Çili millisinin şərəfini qoruyur. 

0