[b]Mədətovdan ilk, Azərbaycanda 128-ci[/b]
15.08.2017 - 20:50
[b]Mədətovdan ilk, Azərbaycanda 128-ci[/b]

“Qarabağ”ın futbolçusu Mahir Mədətov avrokuboklarda ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə görüşündə hesabı açan futbolçu indiyədək qitə miqyaslı turnirlərdə fərqlənməmişdi.

 

Mədətov üçün davam edən oyun 11-ci avrokubok matçıdı. İlk qolunu 11-ci oyununda vuran Mahir Azərbaycan klublarının heyətində avrokuboklarda qol vuran 128-ci oyunçu olub.

0