[b]"Mənə təzyiq lazım idi" - Runi[/b]
22.02.2018 - 21:33
[b]"Mənə təzyiq lazım idi" - Runi[/b]

"Mənə qollar, təzyiq lazım idi. Başqa variantı seçsəydim, oynamaq arzumu itirərdim. Bu isə mənlik deyil". Apasport.az saytı xəbər verir ki, bu sözlər "Everton"un hücumçusu Ueyn Runiyə məxsusdu.

 

İngiltərə yığmasının sabiq üzvü ötən il "Mançester Yunayted"i "Everton"a dəyişməsindən danışıb. O, Çindən aldığı daha sərfəli təklifə "yox" deməyini belə izah edib: "Bilirdim ki, "Everton"a qayıtsam, yenidən təzyiq hiss edəcəm. Mənə də məhz bu, lazım idi. Yenidən "Everton" fanatlarının qarşısında oynamaq, komandaya irəliləməkdə və titullar qazanmaqda kömək etmək istəyirdim. Bu, mənim üçün ideal variantdı. Düşünürəm ki, yaxın 2-3 ildə titul qazana bilərik".

 

Qeyd edək ki, Runi cari mövsümdə "Everton"un heyətində ümumilikdə 29 oyunda 11 qola imza atıb.

0