[b]“Mənimlə birgə oynadıqları üçün bəxtləri gətirib”[/b]
17.08.2017 - 18:26
[b]“Mənimlə birgə oynadıqları üçün bəxtləri gətirib”[/b]

PSJ-nin yarımmüdafiəçisi Anxel di Mariya sosial şəbəkədə maraqlı paylaşım edib. Apasport.az saytı xəbər verir ki, argentinalı futbolçu “İnstaqram”da sabiq və indiki komanda yoldaşları ilə şəkillərini yerləşdirib.

 

O, Lionel Messi, Kriştiano Ronaldo, Zlatan İbrahimoviç, Ueyn Runi və Neymarla birgə çəkilən fotolarını paylaşıb. Di Mariya zarafatyana şərhi ilə də diqqət çəkib: “Mənimlə birgə oynadıqları üçün bəxtləri gətirib”.

 

Qeyd edək ki, Ronaldo ilə “Real”da, Runi ilə “Mançester Yunayted”də İbrahimoviç və Neymarla PSJ-də birgə oynayan di Mariya Messi ilə Argentina yığmasında komanda yoldaşıdı.

0