[b]Məqsəd İsayev “Neftçi”yə gücünü göstərdi[/b]
14.01.2018 - 17:02
[b]Məqsəd İsayev “Neftçi”yə gücünü göstərdi[/b]

Qış fasiləsindən istifadə edən klublar hazırlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, belə oyunlardan birində “Nefçti” ilə “Keşlə” üz-üzə gəlib.

 

İsmət Qayıbov adına təlim-məşq bazasında baştutan qarşılaşma “Keşlə”nin qələbəsi ilə yekunlaşıb.

 

Matçda hesabı “Neftçi” açıb. Mirabdulla Abbasov ilk hissədə fərqlənib. İkinci yarıda isə “ağ-qaralar”ı “Keşlə”yə dəyişən Məqsəd İsayev köhnə komandasına əsl gücünü göstərib. O, əvvəlcə özü fərqlənib, ardınca isə isə Pərdis Fərcad-Azada qol ötürməsi edərək klubunun qələbə qazanmasında əsas rolu oynayıb.

 

Qeyd edək ki, bu, “Keşlə”nin ikinci hazırlıq oyunu olub. İlk görüşdə I divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşmış komanda 3:1 hesablı qələbə qazanmışdı.

0