22 May 00:00 “Məqsədimiz ikincilik deyildi” – Baqali Dabo
FUTBOL xəbərləri 22 May 00:00
2714 baxış

“Məqsədimiz ikincilik deyildi” – Baqali Dabo

“Qəbələ”nin hücumçusu Baqali Dabo “Qarabağ”la oyundan sonra mövsümü dəyərləndirib. O, apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Sizin üçün uğurlu mövsüm idi?

- Ümumi mövsüm haqqında danışırıqsa, deyim ki, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi, amma ümumi baxanda bu da pis nəticə deyil.

 

- Gümüş medalla yanaşı bombardir də oldun, bu mükafat sənin üçün nə dərəcədə dəyərlidir?

- Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidir. Əgər çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.

 

- Vurduğun qollardan hansını fərqləndirərsən?

- “Səbail”ə vurduğum ilk qolu deyərdim.

 

- “Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsən?

- Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz, kubokun finalı var. Ondan sonra biləcəm.

Xəbər lenti