[b]Messi "Çelsi" tilsimini qırdı[/b]
21.02.2018 - 02:02
[b]Messi "Çelsi" tilsimini qırdı[/b]

"Barselona"nın lideri Lionel Messi bir ilki gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, o, buna Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi" ilə səfər görüşündə nail olub.

 

Belə ki, Londondakı qarşılaşmanın 75-ci dəqiqəsində bərabərlik topuna imza atan argentinalı superulduz karyerası ərzində ilk dəfə "Çelsi"nin qapısına qol vurmuş olub. "Zadəganlar"a qarşı 9-cu matçda fərqlənən Leo cavab oyunu öncəsi komandasını məğlubiyyətdən xilas edib.

 

Qeyd edək ki, "Çelsi" - "Barselona" oyunu 1:1 hesabı ilə nəticələnib. Bu komandalar arasında cavab görüşü martın 14-də keçiriləcək.

0