21 Fevral 21:28 Messi Cüneyt Çakırdan nə istəyib?
FUTBOL xəbərləri 21 Fevral 21:28
719 baxış

Messi Cüneyt Çakırdan nə istəyib?

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Çelsi” – “Barselona” oyununda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, oyunun gedişatında qonaqların super ulduzu Lionel Messi ilə baş hakim Cüneyt Çakır arasında dialoqun detalları bəlli olub.

 

Belə ki, epizodların birində cərimə zərbəsi zamanı hakimin işarəsi olmadan topu oyuna daxil edən “Çelsi”li Fabreqası Çakır dayandırıb. Bu zaman ikiliyə yaxınlaşan Messi gülərək referidən oyunçuya sarı vərəqə verməyi istəyib. Baş hakim də öz növbəsində buna ehtiyac olmadığını bildirib.

 

Hər iki oyunçu növbəti epizodlarda baş hakimi göstərərək öz aralarında danışıb gülüblər.

 

 

 

 

 

Xəbər lenti