17 Oktyabr 18:42 “Messi və Neymarı yox, Ronaldonu seçərəm” - Şevçenko
FUTBOL xəbərləri 17 Oktyabr 18:42
1122 baxış

“Messi və Neymarı yox, Ronaldonu seçərəm” - Şevçenko

“Hər 3 namizəd inanılmaz futbolçudu və bu mükafatı qazanmağa layiqdi. Lakin seçim etməli olsam, üstünlüyü Ronaldoya verərəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko deyib.

 

FİFA-nın saytına açıqlama verən 41 yaşlı çalışdırıcı maraqlı fikir səsləndirib.

 

O, “FİFA-nın versiyasına əsasən, 2017-ci ilin ən yaxşı futbolçusu kim olacaq” sualına cavab verib. Şevçenko digər namizədlər – “Barselona”nın üzvü Lionel Messi və PSJ-nin hücumçusu Neymarla müqayisədə “Real”ın futbolçusu Kriştianu Ronaldonu daha üstün tutub: “Məncə, qalib Ronaldo olacaq. Mən olsam, onu seçərəm. Kriştianu bu il Çempionlar Liqasının qalibi adını qazandı, üstəlik, finalda 2 qol vurdu. Messi də fantastik futbolçudu, əla mövsüm keçirdi. Lionel çempionatda yaxşı oynadı, çoxlu qol vurdu. Neymara görə də şadam. Son 5 ildə Messi və Ronaldo arasında gərgin mübarizə getdi. İndi həmin rəqabətə Neymar da qoşulub. Braziliyalı da inanılmaz dərəcədə yaxşı oyunçudu. O da çoxlu qola imza atır, əla texnikaya malikdi. Neymarın oyununa baxmaqdan həzz alıram”.

 

Qeyd edək ki, FİFA-nın versiyasına əsasən, 2017-ci ilin ən yaxşı futbolçusunun adı oktyabrın 23-də, Londonda keçiriləcək mərasimdə müəyyənləşəcək.

Xəbər lenti