[b]Messinin het-triki böyükhesablı qələbə qazandırdı - VİDEO[/b]
30.05.2018 - 09:41
[b]Messinin het-triki böyükhesablı qələbə qazandırdı - VİDEO[/b]

Dünya çempionatının iştirakçıları yoldaşlıq görüşü keçirməkdə davam edirlər. Apasport.az saytının məlumatına görə, bu gün daha 3 mundial iştirakçısı Argentina, Panama və Peru qüvvəsini sınayıb.

 

Haitini qonaq edən Argentina millisi rəqibini böyük hesabla üstələyib. Lionel Messinin het-trik etdiyi görüşdə “tanqoçular”ın digər qoluna Serxio Aquero imza atıb.

 

Panama öz meydanında Şimali İrlandiya ilə qolsuz bərabərə qalıbsa, Peru Şotlandiyaya qalib gəlib.

 

 

Yoldaşlıq görüşləri

 

Panama – Şimali İrlandiya – 0:0

 

Peru – Şotlandiya – 2:0

Qollar: Kueva, 37 (pen.); Farfan, 47

 

Argentina – Haiti – 4:0

Qollar: Messi, 17 (pen.), 58, 66; Aquero, 69

 

0