Dünən yığma komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer almış Almaniya Fransa ilə üz-üzə gəlib.
Kölndə keçirilən qarşılaşma qollu bərabərliklə nəticələnib. Mundiala ev sahibliyi edəcək Rusiya ilə İspaniya arasındakı matçda isə 6 qol vurulmasına baxmayaraq, qalib müəyyənləşməyib.
Dünya çempionatına iddialı hazırlaşan Belçika millisi doğma azarkeşləri önündə Yaponiyanı 1 qolla üstələyib.
Argentina isə Krasnodarda Nigeriyanı sınağa çəkib. Lionel Messisiz cənubi amerikalılar 2 top fərqi ilə önə keçmələrinə baxmayaraq, sonda məğlubiyyətə düçar olublar.
Yoldaşlıq görüşləri
14 noyabr
Cənubi Koreya – Serbiya – 1:1
Qollar: Ku Ja-Çeol, 62 (pen.) – Lyayiç, 59
Çin – Kolumbiya – 0:4
Qollar: Pardo, 6; Bakka, 61; Borxa, 66, 90+1
BƏƏ – Özbəkistan – 1:0
Qol: Ahmed Mabxut, 16
Qabon – Botsvana – 0:0
Argentina – Nigeriya – 2:4
Qollar: Baneqa, 27; Aquero, 36 – İhenaço, 44; İvobi, 52, 73; İdovu, 54
Qətər – İslandiya – 1:1
Qollar: Muntari, 90+2 – Kyartansson, 26
Slovakiya – Norveç – 1:0
Qol: Lobotka, 90+3
Rusiya – İspaniya – 3:3
Qollar: Smolov, 41, 70; Mirançuk, 51 – Alba, 9; Serxio Ramos, 35 (pen.), 53 (pen.)
Rumıniya – Hollandiya – 0:3
Qollar: Depay, 47; Babel, 56; de Yonq, 81
Macarıstan – Kosta Rika – 1:0
Qol: Nikoliks, 37
Əlcəzair – Mərkəzi Afrika – 3:0
Qollar: Brahimi, 39, 71; Slimani, 85
Avstriya – Uruqvay – 2:1
Qollar: Sabitzer, 5; Şaub, 87 – Kavani, 10
Belçika – Yaponiya – 1:0
Qol: Lukaku, 72
Almaniya – Fransa – 2:2
Qollar: Verner, 56; Stindl, 90+3 – Lakazett, 33, 71
Uels – Panama – 1:1
Qollar: Laurens, 75 – Kuper, 90+3
İngiltərə - Braziliya - 0:0
Portuqaliya - ABŞ - 1:1
Qollar: Antunes, 31 - Makkin, 21
Trinidad və Tobaqo - Qayana - 1:1
Qollar: Vinçester, 60 - Holder, 20