[b]Məsut Özil millidən getdi[/b]
22.07.2018 - 23:34
[b]Məsut Özil millidən getdi[/b]

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil milli karyerasını başa vurub. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı ulduz futbolçu özü tvitter hesabı vasitəsilə yayıb.

 

Özil bildirib ki, Almaniya millisinin dünya çempionatındakı uğursuzluğunun səbəbkarı kimi göstərilmək onu bu qərara vadar edib: “Almaniya Futbol İttifaqının səriştəsizliyi üzündən uğursuzluğun səbəbkarı kimi göstərilmək istəmirəm. Qələbə qazananda alman, uduzanda isə köçkün oluram. Dostlarım Lukas Podolski və Miroslav Kloze heç vaxt alman polşalısı sayılmadılar. Bəs niyə mənə alman türkü deyirlər? Çünki bu, Türkiyədi? Çünki mən müsəlmanam? Bu, bağışlanmır və unudulmur”.

 

Qeyd edək ki, Almaniya yığması builki dünya çempionatında qrupdan çıxa bilməyib.

0