25 May 23:27 “Milan”a qayıtmaq istəyir
FUTBOL xəbərləri 25 May 23:27
443 baxış

“Milan”a qayıtmaq istəyir

“Tyançjin Çuanzyan”ın hücumçusu Aleşandre Pato gələcək karyerası ilə bağlı danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Milan”a qayıtmaq arzusunda olduğunu etiraf edib.

 

Braziliya millisinin üzvü bu keçidin tezliklə baş verəcəyini istisna etməyib: “Milan”a dönüşüm? Hazırda bu komandaya çinlilər himayədarlıq edir və mən İtaliya futbolunu sevirəm. “Milan”a qayıtmağım mümkündü. Klubumla il yarımlıq müqaviləm qüvvədədi. Bu üzdən hər şey ola bilər”.

 

Qeyd edək ki, Aleşandro Pato 2007-2013-cü illərdə “Milan”ın formasını geyinib.

Xəbər lenti