[b]“Milan”dan PSJ-yə transfer[/b]
21.07.2018 - 19:43
[b]“Milan”dan PSJ-yə transfer[/b]

“Milan”ın müdafiəçisi Leonardo Bonuççi karyerasını Fransada davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu PSJ-nin formasını geyinməyə hazırlaşır

 

31 yaşlı oyunçu fransızlarla danışığı yekunlaşdırıb və tərəflər arasında ilkin müqavilə imzalanıb. PSJ-nin gün ərzində “Milan”la da ortaq məxrəcə gəlməsi gözlənilir. İtaliya millisinin üzvünün transfer qiyməti 35 milyon avro dəyərində qiymətləndirilir.

 

Qeyd edək ki, Leonardo Bonuççi “Milan”a ötən il “Yuventus”dan keçib.

0