[b]“Milan”ı aldı, iki il sonra müflis oldu[/b]
19.02.2018 - 21:21
[b]“Milan”ı aldı, iki il sonra müflis oldu[/b]

Çinli biznesmen Yonqonq Li çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, “Milan”ın sahibi olan iş adamı müflis olub.

 

Bu barədə İtaliyanın “La Qazetta della Sera” nəşri xəbər yayıb. Bildirilib ki, çinli iş adamının müflis olduğu dəqiqləşib. Onun külli miqdarda borcu olduğu, bu borcları ödəmədiyinə görə şirkətlərindən birinin hərraca çıxarıldığı, başqa bir şirkətinin isə müflis elan olunduğu vurğulanıb.

 

Qeyd edək ki, Yonqhonq 2016-cı ildə 828 milyon avro qarşılığında “Milan”ın sahibi olub.

0