[b]“Millətlər Liqası bir daha göstərir ki...”[/b]
14.03.2018 - 14:13
[b]“Millətlər Liqası bir daha göstərir ki...”[/b]

“FİFA və UEFA hazırkı durumda aqressiv və abırsız şəkildə futbolçuların sağlamlığına təhlükə yaradır. Bunu açıq və düzgün şəkildə deməliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın Direktorlar Şurasının sədri Karl-Hayns Rummenigge deyib.

 

Almaniyalı funksioner ildən-ilə oyun sayının artması və futbolçuların daha çox yüklənməsinə görə FİFA və UEFA-dan narazılığını bildirib. Avropa Klublar Assosiasiyanın sabiq prezidenti bu qurumla razılaşdırılmayan addımların əleyhinə çıxıb. Rummenigge Azərbaycan və digər zəif yığmaların AVRO-2020-yə vəsiqə baxımından böyük ümidlə qatılmaq istədiyi Millətlər Liqasını da artıq hesab edib: “Birincisi, klublararası dünya çempionatına fikir verməliyik. Bizsiz xoşumuza gəlməyən qərarların verilməsi ilə barışmamalıyıq. İkincisi, UEFA Millətlər Liqası bir daha göstərir ki, yığmalar üçün turnirlər ildən-ilə artır. FİFA və UEFA-ya məsləhət görərdim ki, Avropa Klublar Assosiasiyasının fikrini öyrənmədən heç bir qərar qəbul etməsin”.

 

Qeyd edək ki, Millətlər Liqasının ilk mövsümünə bu ilin sentyabrında start veriləcək.

0