[b]Milli komanda mundiala yüksəlsə...[/b]
15.11.2017 - 11:21
[b]Milli komanda mundiala yüksəlsə...[/b]

Peru milli komandası DÇ-2018-in final mərhələsinə yüksəlsə, bu hadisə ölkədə bayram kimi qeyd olunacaq. Apasport.az saytının məlumatına görə, bu barədə ölkənin Əmək Nazirliyi açıqlama yayıb.

 

Belə ki, bu gecə Yeni Zelandiya ilə qitələrarası pley-offun cavab oyunu uğurlu nəticələnsə, noyabrın 16-sı qeyri-iş günü elan ediləcək. Rəsmi istirahət günü olacaq tarix üçün əmək haqqı da hesablanacaq.

 

Yeni Zelandiya ilə səfər matçında 0:0 hesablı heç-heçə edən perulular mundiala yüksəlmək üçün qalib gəlməlidi. Görüş Bakı vaxtı ilə saat 06:15-də başlayacaq.

 

Qeyd edək ki, Peru sonuncu dəfə 1982-ci ildə dünya çempionatında oynayıb. 

0