17 Dekabr 17:27 Milli üzvü göndərilir
FUTBOL xəbərləri 17 Dekabr 17:27
390 baxış

Milli üzvü göndərilir

Millimizin komandamızın üzvü Dəniz Yılmaz “Bursaspor”dan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, Super Liqanın 16-cı turu çərçivəsində baş tutan “Trabzonspor”la səfər oyununa aparılmayan hücumçu komandada son günlərini yaşayır. Belə ki, həm meydandakı, həm də kənardakı davranışları ilə rəhbərliyin və azarkeşlərin gözündə mənfi obraz yaradan Dənizin Bursa təmsilçisində qalması real görünmür.

 

Bu günə kimi 2 dəfə “timsahlar”ın əsas komandasından kənarlaşdırılan, lakin sonda bağışlanan 29 yaşlı hücumçunun yüksək miqdarda maaş alması da onun göndərilməsi ehtimallarını artırır. Futbolçu “Bursaspor”da ilinə 1 milyon 640 min lirə (təxminən 722 min manat) qazanır.

 

O, meydana çıxdığı hər oyun üçün isə 26764 lirə (11 min manat) əldəedir. Dənizin “timsahlar”la müqavilə müddəti 2019-cu ilə kimi nəzərdə tutulub.

 

Cari mövsümdə cəmi 7 oyunda şans qazanan hücumçu, 2 qola və 1 məhsuldar ötürməyə imza atıb.

Xəbər lenti

Xəbər lenti