[b]Milli üzvü oynadı, komandası uduzdu[/b]
14.09.2017 - 00:22
[b]Milli üzvü oynadı, komandası uduzdu[/b]

Albaniya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Rauf Əliyevin çıxış etdiyi “Kukesi” də ilk matçını keçirib.

 

Milli üzvünün komandası səfərdə “Eqnatiya Roqojine” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Rauf matça start heyətində başlayıb.

 

Qeyd edək ki, bu iki komanda arasındakı cavab oyunu sentyabrın 27-də keçiriləcək.

0