23 Oktyabr 00:36 Milli üzvü oynadı, komandası uduzdu
FUTBOL xəbərləri 23 Oktyabr 00:36
297 baxış

Milli üzvü oynadı, komandası uduzdu

Futbol üzrə İspaniya Sequndasında XI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu “Ximnastik” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Eddi 46-cı dəqiqədə meydana çıxıb.

 

Qeyd edək ki, “Ximnastik" geridə qalan 11 oyundan sonra 11 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər lenti