[b]Milli üzvü üçün 90 dəqiqə və 1 xal[/b]
25.09.2017 - 00:21
[b]Milli üzvü üçün 90 dəqiqə və 1 xal[/b]

Futbol üzrə Ukrayna çempionatında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.

 

Sözügedən klub səfərdə “Mariupol” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

 

Pavel də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.

 

Qeyd edək ki, “Aleksandriya” geridə qalan turlarda topladığı 8 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.

0