[b]Millidə 8 “Qəbələ”li[/b]
23.07.2018 - 00:12
[b]Millidə 8 “Qəbələ”li[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına yığışıb. Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, komanda bu gün bir araya gəlib.

 

Məşqçilər korpusu iyulun 30-dək Bakıda futbolçuların son durumu ilə tanış olacaq.

 

Toplanışa bu futbolçular dəvət alıb: Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Nemət Musayev (“Kəpəz”), Fərid Yusifli, Valeh Qəhramanlı (hər ikisi “Neftçi”), Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Emil Quluzadə (“Vətən”), Musa Qurbanlı (“Qarabağ”), Cavidan Abbaszadə (“Sumqayıt”), Tuqay Əlizadə, Eldar Kuliyev (hər ikisi “Şaxtyor”, Donetsk, Ukrayna), Emil Bayramov (“BRW–Sport”, Ukrayna).

0