23 May 09:51 Millimiz Bolqarıstana uduzdu
FUTBOL xəbərləri 23 May 09:51
292 baxış

Millimiz Bolqarıstana uduzdu

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz yerli komanda ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bolqarıstanın 2 qoluna yığmamızdan Sona Rəhimova yeganə topla cavab verib – 1:2.

 

Bu komandalar arasında növbəti oyun mayın 25-də keçiriləcək.

Xəbər lenti