15 Fevral 13:02 Millimiz FİFA reytinqində gerilədi
FUTBOL xəbərləri 15 Fevral 13:02
3387 baxış

Millimiz FİFA reytinqində gerilədi

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 211 komandası yer alıb.

 

Sonuncu dəfə yanvarın 18-də açıqlanan siyahı ilə müqayisədə cədvəldə cüzi dəyişikliklər olub. Buna səbəb son 28 gündə keçirilən azsaylı yoxlama oyunlarıdı.

 

Dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Qurban Qurbanovun baş məşqçiliyi altında ilk matçını ötən ay Türkiyənin Antalya şəhərində keçirən komandamızın xal aktivi azalıb. Belə ki, 0:0 hesablı bərabərlik əmsalımızı 281-dən 275-ə qədər enməsi ilə nəticələnib.

 

Bu xal itkisi yığmanın mövqeyində də əksini tapıb. Millimiz 1 pillə geriləyib. Hazırda aktivində 275 xal olan Qurbanovun yetirmələri dünyanın 119-cu komandasıdı.

 

Millimiz və qonşuları

116 (113). İordaniya – 281

117 (115). Nikaraqua – 279

118 (124). Sudan – 276

119 (118). Azərbaycan – 275

120 (119). KXDR - 269

121 (120). Yeni Zelandiya - 267

122 (121). Mərkəzi Afrika Respublikası – 266

 

Dünyanın ən güclü 10 komandasının siyahısında heç bir dəyişiklik olmayıb. Yığmaların yalnız xal hesablarında dəyişikliklər qeydə alınıb.

 

İlk onluq

1 (1). Almaniya - 1602

2 (2). Braziliya - 1484

3 (3). Portuqaliya - 1358

4 (4). Argentina - 1348

5 (5). Belçika - 1325

6 (6). İspaniya – 1231

7 (7). Polşa - 1213

8 (8). İsveçrə - 1190

9 (9). Fransa – 1183

10 (10). Çili – 1153

 

Millimizin rəqiblərindən ən yaxşı nəticə 74-cü olan Makedoniyaya məxsusdu. Balkanlılar 1 pillə geriləsə də, bütün rəqiblərimizdən öndə qərarlaşıb.

 

Millimizin rəqibləri

74 (73). Makedoniya - 446

96 (97). Farer adaları - 364

93 (93). Belarus - 372

115 (116). Qırğızıstan - 282

132 (131). Latviya - 225

177 (178). Kosovo - 97

185 (185). Malta - 66

 

Qeyd edək ki, qonşu Türkiyə millisi 3 pillə irəliləyərək 38-ci yerə yüksəlib. “Ay-ulduzlular”ın hesabında 735 xal var.

Xəbər lenti