20 Noyabr 10:03 Millimiz Gürcüstana qalib gəldi
FUTBOL xəbərləri 20 Noyabr 10:03
459 baxış

Millimiz Gürcüstana qalib gəldi

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci matçda qüvvəsini sınayıb.

 

Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.

 

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.  

 

Xəbər lenti