16 Oktyabr 21:13 Millimiz mərhələni qələbə ilə başa vurdu - YENİLƏNİB
FUTBOL xəbərləri 16 Oktyabr 21:13
2006 baxış

Millimiz mərhələni qələbə ilə başa vurdu - YENİLƏNİB

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin XI qrupunda oyunlara bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı qrupun Bolqarıstanda baş tutan qarşılaşmalarının son turu formal xarakter daşıyıb.

 

Belə ki, iki qələbə qazanmaqla növbəti raunda vəsiqəni təmin edən Ukrayna və İrlandiya 1-ci yer üçün mübarizədə aparıblar. İrlandlar 2:1 hesablı qələbə qazanaraq qrupdan lider kimi çıxıblar.

 

Eyni vaxtda başlayan digər görüşdə Azərbaycan millisi meydan sahibləri ilə qarşılaşıb.

 

Oyun yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Turan Vəlizadənin dublu millimizə ilk 3 xalı qazandırıb.

 

Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksələcək.

 

 

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

III tur, XI tur

16 oktyabr

 

Azərbaycan – Bolqarıstan - 2:1

Qollar: Turan Vəlizadə, 18, 80+2 - Nikolov, 45

Baş hakim: Barbeno Luka (San Marino)

Qorna Orexovitse. “Lokomotiv” stadionu

 

Ukrayna – İrlandiya - 1:3

Qollar: Voloşin, 14 - Uçe İda, 42, 80+2, Oreli, 54

Baş hakim: Peter Kyaesqard-Andersen (Danimarka)

Veliko Tarnovo. İvaylo stadionu

 

1

İrlandiya

3

3

0

0

12-1

9

2

Ukrayna

3

2

0

1

10-4

6

3

Azərbaycan

3

1

0

2

2-13

3

4

Bolqarıstan

3

0

0

3

1-8

0

 

Xəbər lenti