13 Dekabr 11:14 Millimizdə daha bir təyinat
FUTBOL xəbərləri 13 Dekabr 11:14
388 baxış

Millimizdə daha bir təyinat

Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanovun köməkçilərindən birinin adına rəsmən aydınlıq gəlib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki,  qapıçılar üzrə məşqçi vəzifəsi Dmitri Kramarenkoya həvalə olunub.

 

Millinin keçmiş qolkiperinin işi yalnız əsas milli ilə bağlı olmayacaq. Belə ki, o, bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərinin koordinatoru vəzifəsini də icra edəcək.

 

Qeyd edək ki, məşqçi kimi “Qəbələ” və “Neftçi”də çalışmış Dmitri Kramarenko son olaraq Moskva MOİK-nin akademiyasında fəaliyyət göstərirdi. 

Xəbər lenti