14 Mart 11:57 Millimizdə Türkiyədən 5, Almaniyadan 2 legioner
FUTBOL xəbərləri 14 Mart 11:57
677 baxış

Millimizdə Türkiyədən 5, Almaniyadan 2 legioner

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi Bakıda baş tutacaq.

 

Yığmamız  martın 15-dən 18-dək məşq edəcək. Toplanışa 20 futbolçu dəvət olunub. Onlardan 5-i Türkiyə, 2-si Almaniya klublarında çıxış edir.

 

Avropa çempionatının elit-raunduna hazırlaşan yığmanın məşqlərində Beyzanur Aslan (“Antalyaspor”, Türkiyə), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva ,Coşqunə Əliyeva (hamısı “Baku City”), Birgul Çelik (“Çərkəzköy 1923 Spor”, Türkiyə), Ləman Niftəliyeva, Alina Nəhmədova, Ümnisə Əliyeva (hamısı “Fidan”), Dilara Soley Deli (“Qutersloh”, Almaniya), Gizem Arık (“Kanalboyu Nilüferspor”, Türkiyə), Melis Ersoy (“Karabuk Gənclikspor”, Türkiyə), Neslihan Bozkaya (“Kəmər”, Türkiyə), Lamiyə Qurbanova

Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Seval Cakan (“Essen-Şonebek”, Almaniya), Elvira Əsgərzədə, Minarə Gözəlova, Sona Rəhimova, Aytac Nemətova və Lamiyə Əlizadə  (hamısı “Təhsil”) iştirak edəcək.

 

Qeyd edək ki, Siyasət Əsgərovun yetirmələri martın 22-28-də baş tutacaq elit-raundda Almaniya, İrlandiya və İslandiya ilə mübarizə aparacaq.

 

Mənbə: affa.az