[b]Millimizdə yeni futbolçu[/b]
25.09.2017 - 09:44
[b]Millimizdə yeni futbolçu[/b]

Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Zirə”dən dəvət edilən Mikayıl Kərimli zədələndiyi üçün toplanışı tərk edib.

 

Onu “İnter”in üzvü Ağa Ağayev əvəzləyib. O, artıq yığmanın hazırlıqlarına qatılıb.

 

Qeyd edək ki, millimiz sentyabrın 24-dən qonşu ölkədə hazırlıq keçir.

 

0