16 Oktyabr 12:18 Millimizin baş məşqçisi “Stabek”də təcrübə toplayacaq
FUTBOL xəbərləri 16 Oktyabr 12:18
623 baxış

Millimizin baş məşqçisi “Stabek”də təcrübə toplayacaq

17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Norveçin “Stabek” klubunun düşərgəsinə yollanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın çalışdırıcısının səfərdə məqsədi təcrübə toplamaqdı.

 

Belə ki, o, oktyabrın 13-dən etibarən bir həftə ərzində klubun futbol akademiyasının iş prinsipi və orda qurulmuş sistemlə yaxından tanış olmaqla yanaşı, həm oğlanlardan, həm də qızlardan ibarət komandaların baş məşqçiləri ilə görüşəcək, məşq proseslərini və oyunları izləyəcək.

 

Qeyd edək ki, bu, UEFA-nın “Pro” kateqoriyalı məşqçi kurslarını uğurla başa vurmaq üçün önəmli şərtlərdən biridi.

Xəbər lenti