[b]Millimizin hücumçusu sağalıb[/b]
22.02.2018 - 11:32
[b]Millimizin hücumçusu sağalıb[/b]

Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt”ı qəbul edəcək “Keşlə” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisində heyətlə bağlı problem həll olunub.

 

Belə ki, komandanın əsas hücumçusu Pərdis Fərcad-Azad “gənclik şəhəri” təmsilçisi ilə qarşılaşmada baş məşqçi Yuri Maksimovun ixtiyarında olacaq. Milli komandamızın forvardı səhhətindəki problemə görə, “Kəpəz”lə (1:0) ötən turdakı görüşü buraxmışdı. Gəncəyə hərarət içində yollanan 30 yaşlı oyunçu artıq tam sağlamdı və növbəti turda meydana çıxa biləcək.

 

“Keşlə”nin yeganə itkisi yarımmüdafiəçi Aqşin Quluzadədi. Ötən ildən zədəli olan gənc futbolçu fərdi məşqlərlə kifayətlənir.

 

Qeyd edək ki, fevralın 25-də keçiriləcək “Keşlə” – “Sumqayıt” oyunu saat 15:00-da start götürəcək.

0