[b]Millimizin oyununda estoniyalı hakimlər[/b]
12.11.2017 - 00:30
[b]Millimizin oyununda estoniyalı hakimlər[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2019-un seçmə mərhələsində Kosovo ilə qarşılaşacaq. Apasport.az saytınınməlumatına görə, artıq qarşılaşmanın hakim təyinatları açıqlanıb.

 

UEFA sözügedən görüşə baş hakim kimi estoniyalı Romer Tarayevi təyin edib. Ona yan xəttdə Hannes Reynvald və Neeme Neemlayd yardımçı olacaqlar.

 

Ehtiyat hakim funksiyasını Eyko Saar yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan - Kosovo görüşü noyabrın 14-ü saat 18:00-da başlayacaq.

0