[b]Millimizin oyununun hakimləri açıqlandı[/b]
16.05.2018 - 10:40
[b]Millimizin oyununun hakimləri açıqlandı[/b]

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək qarşılaşmanı Azərbaycan hakimləri idarə edəcək.

 

Bu gün komandaları meydana Əliyar Ağayev çıxaracaq. FİFA rteferisinin köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. “Dalğa Arena”dakı görüşdə dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan – Gürcüstan matçı “Dalğa Arena”da keçiriləcək.

 

Mənbə: affa.az

0