[b]Millimizin perspektivi: Yeni rekorddan uçurumadək[/b]
10.08.2017 - 17:11
[b]Millimizin perspektivi: Yeni rekorddan uçurumadək[/b]

Azərbaycan millisinin sentyabr perspektivi bəlli olub. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də Norveçlə səfərdə, 4 gün sonra San-Marino ilə evdə keçiriləcək qarşılaşmaların FİFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib.

 

DÇ-2018-in qarşıdakı görüşlər bu gün açıqlanan reytinqdə 427 xalla planetin 79-cusu olan komandamızın mövqeyinə ciddi təsir göstərə bilər. Robert Prosineçkinin yetirmələri üçün skandinaviyalılarla matç daha dəyərlidi. Səfərdəki qələbə 854, bərabərlik 285 əmsal xalı gətirəcək. “Cırtdan ölkə” təmsilçisi üzərindəki qalibiyyət 371, heç-heçə isə 124 xal qazandlracaq.

 

Bunlar da ümumi reytinqə təsir edəcək. Hər iki görüşdə qələbə qazanacaq komandamız 427 xala daha 68-ni əlavə edəcək. 495 xal isə hazırkı cədvələ əsasən 72-ci də olmağa yetərlidi.

 

 

Bu da Azərbaycan futbol tarixində yeni rekord ola bilər. Norveçdə qələbə isə evdəki istənilən xal itkisində rekordun təkrarı ilə əlamətdar olacaq.

 

Ən pis variantda isə komandamız 342 xala malik olacaq. Bu, inandırıcı görünməyən iki matçda da məğlubiyyətlə gerçəkləşə bilər. Belə nəticə 16 pilləlik uçuruma yuvarlanmaq ehtimalına malikdi.

 

Norveç

San-Marino

reytinq

yer*

3

3

495

72

3

1

464

73

3

0

449

73

1

3

424

79

1

1

393

85

1

0

377

89

0

3

388

86

0

1

357

95

0

0

342

97

 

3 – millimizin qələbəsi, 1 - heç-heçə, 0 – məğlubiyyət.

* - “yer” sütununda həmin xalla indiki cədvəldə mümkün olan yer göstərilib.

0