24 May 10:57 Millimizin rəqibi dəyişdi
FUTBOL xəbərləri 24 May 10:57
201 baxış

Millimizin rəqibi dəyişdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyunlarındakı rəqibi dəyişib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri bu gün və mayın 27-də Makedoniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirməli idi.

 

Lakin Balkan təmsilçisi Bakıya U-20 komandası ilə gəlib. Yəni qonaqların heyətinə 1998-99-cu il təvəllüdlü futbolçular daxil edilib. Beləliklə, qeyd olunan yoldaşlıq oyunları hər iki ölkənin U-20 yığma komandaları qarşılaşacaq.

 

Mənbə: affa.az

Xəbər lenti