20 Fevral 20:00 Millimizin sabiq üzvü 76 dəqiqə oynadı
FUTBOL xəbərləri 20 Fevral 20:00
350 baxış

Millimizin sabiq üzvü 76 dəqiqə oynadı

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak klubu "Samsunspor"un heyətində növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, samsunlular PTT I liqanın XXIII turunda liderlər qrupunda qərarlaşan "Ankaragücü"nü qəbul edib.

 

Komandalar birinci hissədə vurduqları qarşılıqlı qol sayəsində (1:1) hərəyə 1 xal qazanıblar. Start heyətində meydana çıxan Ufuk 76-cı dəqiqədə Enes İlkinlə əvəzlənib.

 

Qeyd edək ki, bu nəticədən sonra aktivindəki xalların sayını 28-ə yüksəldən "Samsunspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər lenti