[b]Millimizin son iki ev oyununun stadionu dəqiqləşdi[/b]
18.07.2018 - 17:16
[b]Millimizin son iki ev oyununun stadionu dəqiqləşdi[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsində keçirəcəyi son iki ev oyununun yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri doğma azarkeşlər önündəki sonuncu iki görüşünü “Dalğa Arena”da keçirəcək.

 

Yığmamız sentyabrın 6-da İsrail, 11-də Norveçi bu stadionda qəbul edəcək.

 

Komandamız seçmə mərhələnin əvvəlki üç qarşılaşmasını da bu arenada keçirib. İrlandiyaya 1:3, Almaniyaya 0:7 hesabı ilə uduzan komandamız Kosovo ilə qolsuz heç-heçə edib.

 

Qeyd edək ki, 5-ci qrupda son matçını oktyabrın 16-da Norveçdə keçirəcək yığmamız 7 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.

0