14 Yanvar 15:22 Millimizlə oyunun hazırlığını prezident izlədi - FOTOSESSİYA
FUTBOL xəbərləri 14 Yanvar 15:22
380 baxış

Millimizlə oyunun hazırlığını prezident izlədi - FOTOSESSİYA

Antalyada Azərbaycan və Cənubi Koreya yığması ilə sınaq matçında qarşılaşacaq Moldova millisi artıq bu iki görüşün hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, ilk məşq ölkə daxilində Vadul-Luy-Vodedə baş tutub.

 

Hazırlıq prosesini federasiya prezidenti Pavel Çebanu və vitse-prezident Draquş Xinku da izləyib. Rəsmilər yeni baş məşqçi Aleksandru Spiridonu komandaya təqdim ediblər.

 

Qeyd edək ki, Azərbaycan - Moldova matçı yanvarın 30-da keçiriləcək.  

Xəbər lenti