17 May 10:09 “Möhtəşəm sonluq olar” - Dadaşov
FUTBOL xəbərləri 17 May 10:09
485 baxış

“Möhtəşəm sonluq olar” - Dadaşov

“Sevimli şəhərimi titulla tərk etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov deyib.

 

Onun formasını geyindiyi “Dinamo” mayın 21-də Berlin kubokunun final matçına çıxacaq. Uzun müddətdi zədədən əziyyət çəkən Rüfət fərdi məşqlərə başlayıb. Forvard yerli mətbuata açıqlamasında “Dinamo”nun formasını sonuncu dəfə geyinmək arzusunda olduğunu bildirib.

 

IV Bundesliqanın bombardiri 2 illik müqavilə bağladığı yeni komandası “Proyssen”ə titulla qoşulmaq niyyətindədi: “Artıq məşqlərdə iştirak edirəm. Berlin kubokunun final görüşündə iştirak etməyi çox istəyirəm. Heç olmasa ehtiyatdan başlayıb, sonradan meydana çıxmaq və qolla komandama kömək etmək arzusundayam. Bu, möhtəşəm sonluq olar”.

 

27 yaşlı futbolçu bu qarşılaşmanın ardından “Dinamo” ilə vidalaşacağını və bir müddət fərdi məşqlər edəcəyini söyləyib. O, iyunun 13-də III Bundesliqa təmsilçisi “Proyssen”in düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, “Dinamo” Berlin kubokunun finalında “Berliner” klubu ilə üz-üzə gələcək.

Xəbər lenti