[b]Moutinyo Premyer Liqa klubunda[/b]
23.07.2018 - 09:23
[b]Moutinyo Premyer Liqa klubunda[/b]

“Monako”nun yarımmüdafiəçisi Joao Moutinyo karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı futbolçu “Vulverhempton”la anlaşıb.

 

Klublar arasında danışıqlar artıq yekunlaşıb. Portuqaliya millisinin üzvünün keçidi Knyazlıq klubuna 5 milyon avro qazandırıb. Moutinyo yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Joao Moutinyo “Monako”ya 2013-cü ildə “Porto”dan keçib.

0