[b]Mövsümün ilk penaltisi[/b]
12.08.2017 - 20:40
[b]Mövsümün ilk penaltisi[/b]

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə ilk penalti qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu hadisə ilk turun ikinci oyun gününə təsadüf edib.

 

“İnter” - “Qəbələ” qarşılaşmasının baş hakimi Ömər Paşayev meydan sahiblərini cəzalandırıb. Onun təyin etdiyi penalti mövsümdə 1-ci olub.

 

Zərbəni dəqiq yerinə yetirən Filip Ozobiç hazırda davam edən qarşılaşmada komandasının üstünlüyünü 2:0-a çatdırıb.

0