[b]Mövsümün yeni rekordu[/b]
16.08.2017 - 13:02
[b]Mövsümün yeni rekordu[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la “Kopenhagen” arasında ilk qarşılaşmasını 31 min 250 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, bu, cari mövsüm Azərbaycan klublarının avrokubok oyunları üçün rekord göstəricidi.

 

Əvvəlki 3 təsnifat mərhələsinin 16 qarşılaşmasında təmsilçilərimiz belə auditoriya görməmişdi. Bunadək də rekord “Qarabağ”a məxsus idi.

 

Ağdam təmsilçisinin III təsnifat mərhələsinin “Şerif”lə ev görüşündə 26 min tamaşaçı qeydə alınmışdı.

0