[b]Muradov 90 dəqiqə oynadı, komandası darmadağına sevindi[/b]
17.04.2018 - 00:01
[b]Muradov 90 dəqiqə oynadı, komandası darmadağına sevindi[/b]

Çexiya çempionatının Gənclər Liqasının “məğlublar etabı”nda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, gənclər millimizin oyunçusu Rövlan Muradovun çıxış etdiyi “Slaviya”nın U-21 komandası da növbəti matçını keçirib.

 

Praqa təmsilçisi “Siqma”lı həmyaşıdları ilə qarşılaşıb. Görüş təmsilçimizin komandasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Rövlan 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 2 oyundan sonra 6 xalı olan “Slaviya” turnir cədvəlinin lideridi.

0