[b]Nagelsman “Hoffenhaym”dan ayrılır[/b]
21.06.2018 - 19:54
[b]Nagelsman “Hoffenhaym”dan ayrılır[/b]

“Hoffenhaym” gənc məşqçi Yulian Nagelsmanla yolların ayrılacağı vaxtı açıqlayıb. Apasport.az saytının xəbərinə görə, klubdan verilən rəsmi məlumatda 30 yaşlı mütəxəssisin 2018/19 mövsümünün sonunda klubdan gedəcəyi bildirilib.

 

Baş məşqçi ilə Avropanın bir sıra nüfuzlu klubları maraqlansa da, o, bu mövsümü də komandasında qalmağı seçmişdi.

 

Qeyd edək ki, Yulian Nagelsman 2015-ci ildən “Hoffenhaym”a rəhbərlik edir. Onun komandası Bundesliqada son mövsümü 3-cü pillədə bitirərək Çempionlar Liqasında oynamağa haqq qazanıb.

0