[b]“Napoli” kubokla vidalaşdı - VİDEO[/b]
03.01.2018 - 01:49
[b]“Napoli” kubokla vidalaşdı - VİDEO[/b]

İtaliya Kubokunda 1/4 finalın növbəti oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, A seriyasında turnir cədvəlində lider olan “Napoli” “Atalanta”nı qəbul edib.

 

Görüş Neapol təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu nəticə ilə Maurisio Sarrinin komandası kubokla vidalaşmalı olub.

 

Yarımfinala yüksələn “Atalanta” isə “Yuventus” – “Torino” matçının qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, yarımfinalın digər matçında isə “Milan”la “Latsio” üz-üzə gələcək.

 

İtaliya Kuboku

1/4 final

“Napoli” – “Atalanta” – 1:2

Qollar: Mertens, 84 – Kastanye, 50, Qomez, 81

 

 

0