[b]“Napoli”də xorvatiyalı müdafiəçi[/b]
20.02.2018 - 18:25
[b]“Napoli”də xorvatiyalı müdafiəçi[/b]

İtaliyanın “Napoli” klubu xorvatiyalı Xrvse Miliçlə müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, neapollular azad agent statusuna malik 28 yaşlı müdafiəçi ilə anlaşma mövsümün sonunadək olacaq.

 

Buna səbəb Fauzi Qulamın zədələnməsidi. Yeni futbolçu bir müddət yaşıl meydanlardan kənar qalacaq müdafiəçinin yoxluğunu unutdurmağa xidmət edəcək.

 

Qeyd edək ki, son klubu “Olimpiakos” olan Miliç İtaliya A seriyasında oyun təcrübəsinə malikdi. O, 2016/17 mövsümündə “Fiorentina”da çıxış edib. Müdafiəçi millidə 6 oyun keçirib.

 

0